Bu Blogda Ara
Əhli beyt etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Əhli beyt etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
15 Şubat 2020 Cumartesi
31 Ekim 2016 Pazartesi
Maskarad, yoxsa bidət
"Söz vaxtına çəkər" deyiblər. Ötən il elə bu vaxtlar idi. Bir məhərrəm günü imam süfrəsinə dəvət olunmuşdum. Ev sahibəsi uzun illər xəstə olan yaxın bir adamının şəfa tapması üçün ehsan verirdi. O gün, görüb eşitmədiyim qəribə bir süfrəyə qonaq oldum. Xırda təfərrüatlarına varmadan kəsəsi əsas məsələyə keçirəm. Məclisə Hz. Əbülfəz Abbasın nəvəsi kimi tanıdılan bir xanım bir neçə nəfərlə təşrif buyurmuşdu. Cəmi on dörd nəfər idik. Döşəməyə süfrə salındı.Üzərinə şəkər tozu, duz və sairə bu kimi ağ rəngli bişməmiş təamlar düzüldü. Üzərindən də xanımın gətirdiyi yaşıl rəngli, zərli- zibalı ağır bir süfrə sərildi. Hər kəs yerini tutdu. Quran tilavəti və on dörd nəfərin iştirakı ilə on dörd məsumun hər birinə on dörd təsbih olmaqla salavat göndərmə mərasimi başladı. Salavatlar bitəndən sonra xanımlardan biri Hz. Əbülfəz Abbasın ziyarətnaməsini oxumağa başladı. Artıq zöhr azanının vaxtı da daxil olmuşdu. Ətrafıma baxdım. Kimsə qımıldanmadan diqqətlə ziyarətnaməyə qulaq asır,sanki, Əbülfəz Abbası görürmüş kimi bir hal almağa çalışırdı.Mən bir qədər səbr etdikdən sonra yan otağa zöhr azanının çağırışına getdim. Bir qədər keçdi. Açıq qapıdan yan otaqda artıq ziyarətnamə tilavətinin də bitdiyini başa düşdüm. Daha sonra Əfülfəz Abbasın nəvəsi deyilən xanım uzun- uzadı dualar etməyə başladı. Hörmətli, sözü keçən xanım kimi Əfülfəz Abbası, Hz. Fatiməni köməyə çağırır, xəstə üçün şəfa istəyirdi. Mən ibadətlərimin müstəhabatını da bitirdikdən sonra yenidən otağa geri qayıtdım. Xanım da dualarını bitirdi. Sonra süfrəni qaldırdılar. Bu dəm sevinc qarışıq hay- küy ətrafı bürüdü. Ev sahibəsinə gözaydınlığı da verdilər. Xəstə şəfa tapacaq. Əbülfəz Abbas məclisə daxil olub, ağ nemətlərin üzərinə barmaqlarını basaraq işarət verib. Nədən ki, əvvəlcədən hamar- hamar yığılmış şəkər tozunun, duzun üzərində qabarıq işarələr görünüb. Xoş müjdəni paylaşdıqdan sonra, nəhayət ki, bu möminə xanımlar namaz deyilən vacibatı xatırladılar. Namazdan sonra süfrə ətrafına oturduq. Səbirsizlklə gözlədiyim məqam gəldi. Bu Əhli- beyt aşiqlərindən bu günkü hərəkətlərinin nəyə əsaslandığını ehmal- ehmal soruşdum. Təəssüflər olsun ki, onlar bunu xoş qarşılamadılar. Başçıları adını çəkmədiyim bir hörmətli din xadimindən icazə aldıqlarını bəyan edərək, mənim etirazımın müqabilində mənə Qurani- Kərimdən möminlik və iman haqqında moizə etməyə başladı. Din xadiminin adından istifadə edən bu xanımlar inanıram ki, nəyisə qarışdırıb.
Hz. Əbülfəz Abbas (ə.) Babul- həvalic (istəklər qapısı) adlandırılıb. Lakin bu böyük şəxsiyyəti hansısa bir qaba barmaq basacaq qədər bu qədər kiçiltməyə nə ad vermək olar? Əbülfəz Abbas Hz. Əlinin (ə.) oğlu idi. O Əli ki, müşriklərlə müharibədə qılınç vura- vura tez- tez səmaya baxardı. Bir gün döyüşçülərdən biri " Ya Əli, niyə göyə baxırsan ?" deyə sorduqda, Hz. Əli (ə.) "namaz vaxtının daxil olub- olmadığını bilmək üçün" dedi. Döyüşçü də "müharıbədə nə namaz, ya Əli? " söylədikdə " elə namaz üçün döyüşmürükmü ?" deyə Hz. Əli (ə.) cavab verir. Hz. Əbülfəz Abbas (ə.) da həmin şəxsin oğludur. Bu xanımlara "Əbülfəz Abbasın namaz halında sizin qablarınıza barmaq basmağa vaxtı yoxdur" deyərək, yarı zarafat, yarı sərt cavab vermək yerinə düşərdi. "Lənət şeytana" deyib vaz keçdim. Din xadiminin adından maskarad çıxarıb, dinə bidət gətirən bu cür "möminlər" dərviş Məstəli şahın layiqli davamçılarıdır. Elə, belə hərəkətlərdir insanları dindən, islamdan uzaqlaşdıran. "İslam xurafatdır" deyib bar- bar bağıran üzdəniraq ziyalıların söykənəcək yeri.
Düşünürəm din xadimləri, ruhanilər, islam maarifçiləri bu kimi əskiklikləri göz altına almalıdır. Qurani- Kərimin, Peyğəmbər (ə.) sünnəsinin doğru- dürüst olaraq insanlara çatdırılması islam maarifçilərinin haqq borcudur.
3 Ekim 2016 Pazartesi
Yanğı
Bu da Məhərrəm.Sanki dünən yola salmışdıq. Günlər quş qanadında gəlib keçir elə bil. Ayların içərisində qırmızılı- qaralı xətlə keçən bu ayın özünəməxsus əzəməti var. Aşura gününün Kərbəla vaqeəsi kimi əsrlərlə yaddaşlarda qalan və islam tarixində silinməyən və silinə bilməyən Hz. Rəsulullahın (s.) nəvəsi imam Hüseyn (ə.) və yaxınlarının qətli ilə bağlıdır bu. Zülmə, haqsızlığa "yox" deyən və qiyam edərək ayağa qalxan o həzrətin etiraz səsi bu günümüzə qədər gəlib çatır. "Aşura məktəbi" deyilən bir məktəb qoydu o həzrət. Bu məktəbin həm öyrəncisi, həm də dinləyicisi olub hər zaman. Bütün hallarda onlar haqq aşıqləridir. Lakin aşiqlikdən əlavə, bunu həqiqi mənada həyatında yaşadanlar da olub həmişə. Onlardır məhz, öyrəncilər. Hz. Hüseynin (ə.) vilayətinə daxil olanlar. Vilayət- onların imamlığını qəbul edib, eyni zamanda onun ayağının izinə ayağını qoymaqdır. Onlar boş- boşuna "Ləbbeyk" deməz. "Ləbbeyk" onlara tabe olar. Zülmə, haqsızlığa etiraz etdikləri qədər, özləri də zülmdən, haqsızlıqdan uzaq olar. Yanarlar imam Hüseyn (ə.) sevgisindən. Bu yanğı onları əridər, kiçildər. Kimisə məzlum etməyə taqətləri olmaz. Əksinə, məzlumun yanında durarlar. "Məndən keçdi, qardaşıma dəydi" deyimi , haləti onlardan uzaq olar. Hər zaman ayıq olarlar, şeytan onlardan qaçaq olar. Zalım hakimlərin, qulluqda duranların da qorxusu onlardan olar. Çünki, onlar sözlərində və əməllərində ciddidirlər. Buna görə həmişə təhlükədirlər. Onlar isə azdır. Kərbəlanın qəhrəmanları kimi. Daş altda qalan köz kimidirlər. Və bir gün tarix onların alovlandığını görəcək. Necə ki, Kərbəlada gördü. Bu alov mütləq, mütləq qalxacaq. Uzun zamanın yanğı həsrəti bərk yandırar...
21 Eylül 2016 Çarşamba
Sevgi
O, onu xəlq edənin sevdiyi hər şeyi və hər kəsi sevirdi. Sevgi onun ruhunda idi. Məzluma olan mərhəməti də sevgisindən doğurdu, yetimə, dula, kora, xülasə, hər cür fəqir- füqəraya olan lütf- ehsanı da. Səcdədə ağlamağı, zikr zamanı bayılmağı, rukudakı üzük ehsanı belə sevgisindən idi. Müharibələrdə kafir qarşısında nə qədər çılğın və döyüşkən idisə də, adi həyatda mehriban və sakit idi. Hətta cahilə də mərhəmətli idi. Çünki, cahilin məhz, cahil olduğuna görə mərhəmətə ehtiyacı oluğunu başa düşürdü. Qəlbi- ruhu mehr- məhəbbətlə yoğrulmuşdu. Müsəlmanların vəhdətdə olması üçün, islamın və islam xilafətinin qorunub saxlanılması üçün haqqından belə keçdi. Çünki, onu sevməyənlərə belə mərhəməti vardı. Dünyanın qəribə, çox qəribə işləri olur bəzən. Bütün varlığı ilə xidmət etdiyi, qoruduğu din məhz, sevgi üstündə tənəzzülə uğradı. Özü də məhz, ona olan sevgiyə görə. Sevənləri ayrıldı onu sevməyənlərdən, yoxsa, əksinə sevməyənlərmi ayrıldı onu sevənlərdən. Hər halda bu oldu. Bilsəydi bu qədər ayrılıqlar, parçalanmalar, qan- qadalar olacaq elə sağlığında "sevməyin məni, amma, bir olun, birgə olun" deyərdi. Qəlbi o qədər böyük idi ki. Ölümündən sonra nələr, nələr oldu. Sevdiyi ümmət sevgidən məhrum oldu. Bu məhrumiyyət çox geri saldı müsəlmanları. Sevgisizlik o qədər dərinləşdi ki, mərhəmət də unuduldu. Din siyasətə, şan- şöhrətə, ya da biznesə xidmət yollarını tutdu. Eyni məscid tavanı altında ibadət edənlər onu "sevdilər", amma bir- birilərini sevmədilər. Onu sevənləri sevməmək elə onun özünü sevməməkdir. Onu incitməkdir, küsdürməkdir. O isə, bunu haqq etmədi. Haqqını özünə verin. Nədən elə hey, hər kəs onun haqqını kəsir. Din nə xobbidir, nə məşğuliyyət. Nə siyasi cərəyan, nə də biznes. Şan- şöhrətə də xidmət etmir. Din- Uca Tanrının qoyduğu yoldur bizlərə. Mərhəmətlə, sevgi ilə elə mərhəmətin, sevginin özünə qovuşmaq üçün.
Bu, Peyğəmbər (s.) canişininin qoruduğu yoldur. Bu, Əlinin (ə.) yoludur.
19 Eylül 2016 Pazartesi
"Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır." Hz. Mühəmməd (s.)
— kəmalə mahmudova (@zeynebinurkemal) 19 сентября 2016 г.
Qədir günün mübarək, möminlərin mövlası. pic.twitter.com/PncwYpWnSb
5 Temmuz 2016 Salı
İmam Səccad (ə.) -n mübarək Ramazan bayramı üçün etdiyi dua.
İlahi! Bu ayın sona yetməsini, xətalarımızın sona yetməsi qərar ver.Bu ayın qurtarması ilə bizi də günahlardan qurtar.Bu aya xatir bizi bu ayda xoşbəxt, ən çox qisməti olan və ən çox fayda götürənlərdən et.İlahi, bu aya layiqincə riayət edən, hörmətini lazımınca saxlayan,hüdudlarını gözəl şəkildə qoruyan, günahlardan ləyaqətlə pəhriz edən, rəhmətinə və razılığına səbəb olan yaxşı əməllə Sənə yaxınlaşanlara etdiklərindən daha çoxunu qüdrətin sayəsində bizə bəxş et.Çünki fəzlin azalmaq bilməz və xəzinən azalmaz, əksinə çoxalar. Ehsan mədənlərin tükənməz və həqiqətən, Sənin bəxşişin könül sevən bəxşişdir.
Ramazan bayramınız mübarək olsun !
27 Haziran 2016 Pazartesi
Həzrət Əlinin (ə.) insanlara vəsiyyəti.
Mübarək Ramazan ayının 21-i Həzrət Əli (ə.)-n şəhadət günüdür.Kəbə evində dünyaya gəlib məsciddə səcdə halında zərbətlənən islamın o böyük şəxsiyyəti ölümündən əvvəl belə buyurmuşdur :
" Ey insanlar! Hər bir insan qaçdığı şeylə üz- üzə gələcəkdir.Əcəl hər kəsin sövq edildiyi meydandır.Ondan qaçmaq, ona çatmaq deməkdir.Allahın gizli qalmasını murad etdiyi ölümü illərlə araşdırdım. Amma xeyr ! Bu elm gizli saxlanılmışdır.Vəsiyyətimə gəlincə...Allaha heç bir şeyi şərik qoşmayın, Mühəmmədin sünnətini itirməyin.Bu iki dirəyi daima zirvədə saxlayıb işıqlarını yandırın. Bunları tərk edib uzaqlaşa bilməyəcəksiniz.Allah hər kəsi gücünün çatacağı qədər işlə məsul tutmuşdurr.Cahillərin yükü isə azaldılmışdır.Rəhmət edən bir Rəbb, doğru olan bir din və bilən bir imam vardır. Dünən sizin dostunuz, bu gün sizə ibrətəm. Sabah da sizdən ayrılacağam.Allah məni və sizi bağışlasın. Ayağım bu sürüşkən yerdə sürüşmədən durursa ( ölməsəm) son sözümü dedim. Əgər ayağım sürüşərsə, o zaman yer üzündə izləri silinən kimsələrdən olacağam.Mən bədənimin sizinlə bir neçə gün yoldaşlıq etdiyi qonşunuz idim.Çox yaxında məndən sizə ancaq hərəkətdən sonra sakitləşmiş və susmuş cansız bədən qalacaq.Cansız bədənim, yumulmuş gözlərim, hərəkətsiz əzalarım sizə öyüd verəcək.Bu öyüd ibrət götürənlər üçündür. O, təsirli danışmağımdan,eşidən sözdən daha təsirlidir. Sizinlə, dostlarla görüşməyə gedən şəxs kimi sağollaşıram. Sabah bü günlərimi fikirləşib düşünəcəksiniz, sizə sirr kimi görünən şeylər bilinəcək, mənim yerimə başqası keçdikdən sonra məni daha yaxşı tanıyacaqsınız."
Salam olsun sənə ey dinin sütunu, salam olsun sənə ey ilahi canişinlərin ağası və ey aləmlərin Rəbbinin, qiyamət günü hakimlərinin əmanətdarı,salam olsun sənə ey möminlərin ən yaxşısı və siddiqlərin ağası, ey Peyğəmbər sülaləsindən seçilmiş şəxs, ey aləmlərin Rəbbinin hikmət qapısı, vəhyin xəzinədarı,elminin xəzinəsi, Peyğəmbərin ümmətinə nəsihət edən, onun ardınca gələn, öz canı ilə Peyğəmbəri hifz edən, onun höccəti ilə danışan, şəriətinə dəvət edən, onun sünnətində dünyadan gedən..

Kaydol:
Kayıtlar (Atom)