Bu Blogda Ara
7 Aralık 2016 Çarşamba
Gəlin Quran öyrənək. Dərs 18. Bəyyinə surəsi
29 Kasım 2016 Salı
Gəlin Quran öyrənək. Dərs 17. Qadr surəsi
Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Qadr surəsinin tədrisi
Qadr surəsinin tədrisi
15 Kasım 2016 Salı
Gəlin Quran öyrənək. Dərs 16. Adiyat surəsi
Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Adiyat surəsinin tədrisi
Adiyat surəsinin tədrisi
10 Kasım 2016 Perşembe
Gəlin Quran öyrənək. Dərs 15. Zəlzələ surəsi.
Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Zəlzələ surəsinin tədrisi
Zəlzələ surəsinin tədrisi
6 Kasım 2016 Pazar
Palaza bürün, elnən sürün
Yadımdadır, orta məktəbdə oxuyarkən hündürboy, iri cüssəli bir tarix müəllimimiz vardı.Gözləri zəif görürdü.Sinif jurnallarını laboranta yazdırar, əlavə olaraq sinif nümayəndələrinə qaralama jurnal da tutdurardı.O vaxtlar sovet imperiya rejiminin tələblərinə uyğun olaraq SSRİ tarixi adı altında rus tarixindən dərslər də keçirilirdi. Dərs ilinin sonuna yaxın Azərbaycan tarixinə cəmi bir neçə saat vaxt ayrılardı. O da keçilə, ya keçilməyə. Şagirdlərə müraciətində müəllimimin bir xitabı vardı: " Ay Allahsız".Tez-tez işlədərdi bu ifadəni.Arabir aramızdan kimisə ayağa qaldırar "Allah yoxdur" cümləsini təkrar elətdirərdi. Dərs bitər və biz evimizə qayıdardıq.Hər birimiz də məktəb çantasıyla bərabər maraq dolu bir sual da daşıyardıq özümüzlə. Cavabını hər kəs öz ailəsində tapardı. Sonralar adət də etdik müəllimin ibarələrinə. Hövsələsi qaçanda "Allah evini tiksin", yaxud "Allah evini yıxsın" kimi ifadələri işlədərkən bir- birimizə mənalı baxışlarla baxar, dodaqaltı gülümsəyərdik. Tənəffüs vaxtı isə dəcəl uşaqlar hey müəllimə gülərdi. Tarix müəllimimiz özünün belə inanmadığı Allahın yoxluğu ideyasını çox çalışsa da bizə öyrədə bilmədi. O vaxtdan çox uzun zaman keçib. Müəllimim sağdı- yoxdu bilmirəm. Axıradək fikirlərinə sadiq qaldımı, onu da bilmirəm. Amma böyüdükdən, pisi- yaxşını anladıqdan sonra müəllimimə bənzərlərini çox görürəm. Dinin cəhalətindən, xurafatından yorulmadan bəhs edənlərin şirin- şirin qurban tikəsini udmalarından, tanış- biliş, qohum- əqrəbanın hüzr məclislərində təm-təraqlı ehsan süfrəsinə qonaq olub sonunda da salavat adına əlini üzünə çəkmələrini də görüb- eşitmişəm. Bir ömür "Allah yoxdur" kəlamını təbliğ edib, amma cənazəsində Allah kəlamının oxunanlarını da görmüşəm.Əcəba, bu işıqlı ziyalılar düşünürlər ki, ölüsünə Quran işıqmı saçacaq. Bir ömür yaşayıb Quranı yalan- palan söz yığını hesab edənlər olmaya cənazəsinin yalqız qalacaqlarından qorxurlar. "Palaza bürün, elnən sürün" ənənəsini həyatına tətbiq etməyi özlərinə çıxış yolu hesab edirlər.Mübarək olsun. Amma bu xalq hələ ki, çörəyi qulağına yemir.
Şəhidlik zirvəsi
M. Qorbaçovun SSRİ -yə rəhbər gəlişindən sonra yürütdüyü "yenidənqurma" siyasəti 70 il davam edən ittifaqın parçalanmasına səbəb oldu. Müstəqilliyini qazanan respublikalar sırasında Azərbaycan da vardı. Lakin digər respulikalardan fərqli olaraq Azərbaycan öz müstəqilliyini rahatlıqla əldə edə bilmədi. 1987- ci ildə sonradan kələfi açılmayacaq bir düyünə çevrilən Qarabağ konflikti ilə başladı bütün olanlar. 1990- cı ilin 20 yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına çevrilməklə bərabər "şəhid", "şəhidlik" adlanan məfhumu da gündəmə gətirdi. Öz yürdunda, öz elində azadlığının müdafiəsinə qalxan , haqqının haqq səsini boğmağa çalışanların önündə əyilmədi. Öz tarixini qan ilə yazdı. Şəhidlik də 20 yanvar günündən bəri elə bil bu xalqı özünə məhrəm bildi. Qarabağ uğrunda gedən savaşlarda ardı- arası kəsilmədən şəhidlər verdi bu xalq.Hələ də verir.Öz yurdunda təcavüzə məruz qalıb haqqını qorumağa çalışanlara şəhid deyərlər. "Vətəni sevmək imandandır" dedi Həzrəti Peyğəmbərimiz (s.). Vacibatını yerinə yetirən, Vətənini, ana- bacılarını qoruyarkən həlak olan bu cavan balalarını xalq da unutmaz.Onlar əbədiyyətə qovuşaraq cismən olmasalar da ruhən sağdırlar.Digərlərindən fərqli olaraq adi həyat sürməyən, qəhrəmanlığa imza atanlar.Ruhunuz şad olsun.
31 Ekim 2016 Pazartesi
Maskarad, yoxsa bidət
"Söz vaxtına çəkər" deyiblər. Ötən il elə bu vaxtlar idi. Bir məhərrəm günü imam süfrəsinə dəvət olunmuşdum. Ev sahibəsi uzun illər xəstə olan yaxın bir adamının şəfa tapması üçün ehsan verirdi. O gün, görüb eşitmədiyim qəribə bir süfrəyə qonaq oldum. Xırda təfərrüatlarına varmadan kəsəsi əsas məsələyə keçirəm. Məclisə Hz. Əbülfəz Abbasın nəvəsi kimi tanıdılan bir xanım bir neçə nəfərlə təşrif buyurmuşdu. Cəmi on dörd nəfər idik. Döşəməyə süfrə salındı.Üzərinə şəkər tozu, duz və sairə bu kimi ağ rəngli bişməmiş təamlar düzüldü. Üzərindən də xanımın gətirdiyi yaşıl rəngli, zərli- zibalı ağır bir süfrə sərildi. Hər kəs yerini tutdu. Quran tilavəti və on dörd nəfərin iştirakı ilə on dörd məsumun hər birinə on dörd təsbih olmaqla salavat göndərmə mərasimi başladı. Salavatlar bitəndən sonra xanımlardan biri Hz. Əbülfəz Abbasın ziyarətnaməsini oxumağa başladı. Artıq zöhr azanının vaxtı da daxil olmuşdu. Ətrafıma baxdım. Kimsə qımıldanmadan diqqətlə ziyarətnaməyə qulaq asır,sanki, Əbülfəz Abbası görürmüş kimi bir hal almağa çalışırdı.Mən bir qədər səbr etdikdən sonra yan otağa zöhr azanının çağırışına getdim. Bir qədər keçdi. Açıq qapıdan yan otaqda artıq ziyarətnamə tilavətinin də bitdiyini başa düşdüm. Daha sonra Əfülfəz Abbasın nəvəsi deyilən xanım uzun- uzadı dualar etməyə başladı. Hörmətli, sözü keçən xanım kimi Əfülfəz Abbası, Hz. Fatiməni köməyə çağırır, xəstə üçün şəfa istəyirdi. Mən ibadətlərimin müstəhabatını da bitirdikdən sonra yenidən otağa geri qayıtdım. Xanım da dualarını bitirdi. Sonra süfrəni qaldırdılar. Bu dəm sevinc qarışıq hay- küy ətrafı bürüdü. Ev sahibəsinə gözaydınlığı da verdilər. Xəstə şəfa tapacaq. Əbülfəz Abbas məclisə daxil olub, ağ nemətlərin üzərinə barmaqlarını basaraq işarət verib. Nədən ki, əvvəlcədən hamar- hamar yığılmış şəkər tozunun, duzun üzərində qabarıq işarələr görünüb. Xoş müjdəni paylaşdıqdan sonra, nəhayət ki, bu möminə xanımlar namaz deyilən vacibatı xatırladılar. Namazdan sonra süfrə ətrafına oturduq. Səbirsizlklə gözlədiyim məqam gəldi. Bu Əhli- beyt aşiqlərindən bu günkü hərəkətlərinin nəyə əsaslandığını ehmal- ehmal soruşdum. Təəssüflər olsun ki, onlar bunu xoş qarşılamadılar. Başçıları adını çəkmədiyim bir hörmətli din xadimindən icazə aldıqlarını bəyan edərək, mənim etirazımın müqabilində mənə Qurani- Kərimdən möminlik və iman haqqında moizə etməyə başladı. Din xadiminin adından istifadə edən bu xanımlar inanıram ki, nəyisə qarışdırıb.
Hz. Əbülfəz Abbas (ə.) Babul- həvalic (istəklər qapısı) adlandırılıb. Lakin bu böyük şəxsiyyəti hansısa bir qaba barmaq basacaq qədər bu qədər kiçiltməyə nə ad vermək olar? Əbülfəz Abbas Hz. Əlinin (ə.) oğlu idi. O Əli ki, müşriklərlə müharibədə qılınç vura- vura tez- tez səmaya baxardı. Bir gün döyüşçülərdən biri " Ya Əli, niyə göyə baxırsan ?" deyə sorduqda, Hz. Əli (ə.) "namaz vaxtının daxil olub- olmadığını bilmək üçün" dedi. Döyüşçü də "müharıbədə nə namaz, ya Əli? " söylədikdə " elə namaz üçün döyüşmürükmü ?" deyə Hz. Əli (ə.) cavab verir. Hz. Əbülfəz Abbas (ə.) da həmin şəxsin oğludur. Bu xanımlara "Əbülfəz Abbasın namaz halında sizin qablarınıza barmaq basmağa vaxtı yoxdur" deyərək, yarı zarafat, yarı sərt cavab vermək yerinə düşərdi. "Lənət şeytana" deyib vaz keçdim. Din xadiminin adından maskarad çıxarıb, dinə bidət gətirən bu cür "möminlər" dərviş Məstəli şahın layiqli davamçılarıdır. Elə, belə hərəkətlərdir insanları dindən, islamdan uzaqlaşdıran. "İslam xurafatdır" deyib bar- bar bağıran üzdəniraq ziyalıların söykənəcək yeri.
Düşünürəm din xadimləri, ruhanilər, islam maarifçiləri bu kimi əskiklikləri göz altına almalıdır. Qurani- Kərimin, Peyğəmbər (ə.) sünnəsinin doğru- dürüst olaraq insanlara çatdırılması islam maarifçilərinin haqq borcudur.
Kaydol:
Kayıtlar (Atom)



