Bir çox əxlaq alimləri buyurmuşdur : " Nəfsin adı tərbiyəsizlikdir". İnsanın yaradılışında məqsəd isə onun kamilliyə dogru irəliləməsi və son hədəfə- Rəbbinə qovuşmasıdır.Kamilliyə doğru gedən yolla isə nəfsin təzkiyəsi ( yəni paklaşması) ümdə məsələlərdən biridir.Nəfsini saflayan şəxs ruhunun saflaşmasına, qəlbinin rahatlığına nail ola bilir.Saflaşmış ruha malik olan şəxs daha dərindən düşünmək qabiliyyəti qazanır, rəzil əxlaqi sifətlərdən uzaq olur,dördayaqlılar kimi yox, "insan " kimi yaşamağı əldə edir. O, bu dünyaya haradan və niyə gəldiyini və haraya gedəcəyini yəqinləşdirir. Yəqinlik qazanmış insan ibadətlərinə daha artıq diqqət göstərir.
Həzrət Əli (ə.) rəvayət edir ki, Həzrət Rəsulullah (s.ə.a.s.) merac gecəsində dedi: " Pərvərdigarə, ibadətin əvvəli nədir? " Buyurdu : " İbadətin əvvəli oruc tutmaq və şükr etməkdir".
Həzrət Rəsulullah (s.ə.a.s.) dedi : " Pərvərdigarə, orucun təsiri nədir ?" Buyurdu: " Orucun təsiri hikmətdir və hikmət mərifətə səbəb olur, mərifət yəqin gətirir, insan yəqin mərhələsinə çatdıqda çətinlikdə, yoxsa asayişdə və rifahda olmasının onun üçün heç bir fərqi olmaz ".
Siz də oruc tutursunuzmu ? Əgər tutmursunuzsa, hələ ki, gec deyil. Mübarək Ramazan ayı davam edir.Fürsəti əldən verməyin.
Nədən oruc tuturuq ? Ramazan ayında oruc tutmaq Qurani Kərimin Bəqərə surəsini 183 - cü ayəsində vacib buyurulub : " Ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə olduğu kimi sizə də oruc tutmaq vacib edildi".
Ramazan orucunun hansı hikmətləri var ? Ramazan ayındakı orucun vacib edilməsinin hikmətlərindən biri təbəqələr arasındakı bərabərsizliyi azaltmaqdır.Çünki dövlətlilər naz- nemət içində yaşadığından fəqirlərin əhvalından xəbər tutmazlar. Elə ki, oruc tutan aclığın və susuzluğun təsirini gördü, o zaman müəyyən məsələlər barədə fikirləşməyə məcbur olur.İmam Sadiq (ə.) nəql edir ki, Allah Taala, fəqir və dövlətlinin bərabər olmalarından ötrü orucu vacib etmişdir. Çünki əgər, oruc olmasa, dövlətlinin acdan xəbəri olmaz və bununla da fəqirə təam vermək üçün məsuliyyət hiss etməz. Dövlətli istədiyi şeyi ala bilər. Ona görə də Allah Taala aclıqla fəqirlərin əziyyətlərini dövlətlilərə göstərib, onları fəqirlərlə bərabər etməkdən ötrü orucu iradə etmişdir.
Orucun hikmətlərindən biri də insan bədəninin sağlamlığıdır.Həzrət Mühəmməd peyğəmbər (s.ə.a.s.) buyurur : " İnsanın mədəsi, hər bir dərdin mənzili, pəhrizkarlıq isə hər bir dərman çeşməsidir ". Başqa bir yerdə buyurur : " Oruc tutun ki, sağlam olasınız ". Oruc maddələr mübadiləsi zamanı həzm olunmayan maddələri aradan aparır və bədən artıq maddələrdən təmizlənir.Müasir və qədim tibbdə oruc tutmağın müxtəlif növ xəstəlikləri müalicə etməsi sübut olunmuşdur. Rus alimi Aleksey Soforin öz kitabında belə yazır : " Oruc tutmaq bir çox xəstəliklərin, o cümlədən, qan azlığı, bağırsaqlardakı nasazlıq, uzun sürən iltihab, daxili və xarici şiş və civanlar, vərəm, skleroz, revmatizm,göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəliyi, böyrək, ciyər, habelə sair xəstəliklərin müaligə olunmasında son dərəcə müsbət təsirə malikdir. Oruc vasitəsilə müalicə olunmaq heç də sadalanan xəstəliklərlə bitmir. O həm də insan orqanizminin birinci dərəcəli üzv və toxumaları ilə qarışan xərçəng, sifilis, vərəm, taun və bu kimi digər xəstəlikləri də müalicə edir ( "Oruc- xəstəliklərin yeni müalicə üsulu" kitabından )

1 yorum:
Oruc tutmaq bir imtahandi sebir saglamliq iman qiyybetin imtahanidi
Yorum Gönder