Məscidin həyətinə daxil olanda rahatlıqla nəfəs aldı.Mobil telefonunun işıqlanma düyməsini basaraq saata bir daha nəzər saldı.Azan vaxtına lap az qalmışdı.Başını qaldırdı.Sevgi dolu baxışlarla məscidi seyr etdi.Elə bu dəm gözləri ətrafı yaşıllıqlarla dolu çarhovuza ilişdi.Qəribədir.İndiyə qədər heç bu çarhovuza diqqət etməmişdi.Bəlkə, heç vaxt fəvvarəsi işləmədiyindən və çarhovuzun həmişə susuz olmağından idi bu.Təəccübləndi.Əgər istifadə olunmursa, bunu niyə tikiblər? Elə bu dəm azan səsi ətrafı bürüdü. Bir an ayaq saxladı. İnsan ruhunu titrədən ecazkar səsin sehrinə dalıb dinləməyə başladı. İlk dəfə məscidə gəldiyi günü xatırladı.
Həmid kişinin ailəsi 1987- ci ildə Ermənistan SSR- dən deportasiya olunan azərbaycanlı ailələrdən biri idi. Oğlu Taleh 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu.Yeganə oğlunun ölüm xəbəri belini bükmüşdü kişinin. Həyat yoldaşı Nargilə elə o zamandan büründü qara yaylığa.Oğlunun qəfil ölümünə dözə bilmirdi ana.Elə o zamandan ömrünə- gününə qara örtük çəkildi Həmid kişinin.Yurd həsrəti az imiş ki, oğul dağı da gəldi bu dərdin üstünə.Tez- tez ürək ağrısından narahat olurdu. Dərdini heç kimlə bölüşmürdü. Son vaxtlar qaraqabaq olmuşdu elə bil. Heç deyib- gülməli bir şey də yox idi. Min bir naz- nemətli Azərbaycanın rayon və kəndləri bir- bir erməni silahlıları tərəfindən işğal olunurdu. Qəbiristanlıqlar dağıdılır, əsir düşən qız- gəlinlər, uşaq və qocalar naməlum istiqamətə aparılırdı. Lap alman faşistlərindən də qəddar idi bu it uşağı. Yaxın günlərdə tükürpədici xəbər çıxmışdı ki, əsirlərin lazımlı sağlam orqanları çıxarılıb Fransaya aparılır.Qara xəbərin ardı- arası kəsilmirdi. Köçkün düşənləri gətirən maşın karvanlarının ardı- arası səngimək bilmirdi. Dolanışıq da çətinləşmişdi. Həmin günlərin birində qonşusunun oğlu onu özü ilə məscidə apardı. Elə o vaxtdan başladı yeni həyat yolu. Uca Yaradan işıq saldı onun ömür- gününə.Onu incidən, rahatlığını əlindən alan dərdini qəlbinin dərinliklərində əbədi dəfn etdi kişi. Elə o vaxtdan azan səsini eşitdikdə qəribə bir hal yaranırdı vücudunda.
Əşhədü ən lə iləhə illəllah,
Əşhədü ənnə Muhəmmədən Rasulullah.
Xəyaldan ayrıldı. Başını dik qaldırıb yeyin addımlarla məscidin qapısından içəri daxil oldu. Arxa cərgələrin birində özünə yer tapdı.Bir azdan zöhr namazı bitdi.Axund xütbə söyləmək üçün minbərə qalxıb hüznlü səslə söhbətə başldı. İslamın əzəmətli peyğəmbəri Həzrəti Muhəmmədin (s.) şəhadət günü idi. Həmid kişi düqqətini toplayıb qulaq verdi.Bu günkü söhbət Rəsulullaha (s.) həsr edilmişdi. Xəyal yenidən onu ağuşuna aldı.
Böyük səhralıqda toz- duman bir- birinə qarışmış, qılınc səsləri, at kişnərtisi, qışqırıqlar ətrafın sakitliyini pozmuşdu.Sanki qan su yerinə axırdı. Müsəlman ordusu müşrik ordusu ilə qarşı- qarşıya savaşa qalxmış, haqla batil üz- üzə dayanmışdı. Birdən döyüşənlərin arasında üzü nurlu, hündür boylu bir kişi gördü.Rəsulullah (s.) idi. Ətrafında onu nagəhan zərbələrdən qoruyan döyüşçülər də var idi. Bir azdan Allahu Əkbər sədaları asimana ucaldı. Müsəlman ordusu qalib gəlmişdi. Birdən Həmid kişi diksindi. Sevimli Talehini at belində gördü. Qalib cərgənin arasında idi bircəciyi. Gözlərini ovuşdurdu. Onu qara basırdı nədi. Ətrafına baxdı. Hamı diqqətlə xütbə dinləyirdi.
Bü günkü hadisədən çox təsirləndi Həmid kişi.Yaralarının közü qopmuşdu.İçin- için ağlamaq istədi.Lakin özünü saxladı. Qədim el məsəli yadına düşdü. Kişi ağlamaz axı. Səcdəyə qapandı. Rəbbinə yalvarıb dualar etdi. Bir an beynindən sürətli bir fikir də keçdi. Rəsulullahı (s.) ziyarət etmək qərarına gəldi. Uzun illər təqaüdündən qənaət edib pul da yığmışdı.Görüşə gedirdi Həmid kişi. Şikayəti vardı...

2 yorum:
Allah ermenileri yerle yeksan etsin insallah ,Tarix boyu Azerbaycan torpaqlari isgal altinda qalib amma Yaradana hemd olsunki bizleri hemise qoruyub,men inaniramki butun sehidlerimiz mehser gunu Kerbala sehidleri ilede mehsur olacaqlar orada sozsuz ki Hemid kisinin ogluda vardi,Allah butun sehidlerimize rehmet elesin Illahi amin
Cox tesirləndirici məqalə oldu. Allah razi olsun ,əziz ustad
Yorum Gönder