Bu Blogda Ara

1 Eylül 2016 Perşembe

Şeypurda İsrafildir.

  Müqəddəs Qurani Kərim dinimizin bütün vacibatlarını və qadağalarını aşkar şəkildə bəyan edib. 
" Müsəlmanam", " müsəlman oldum", " təslim oldum" kimi ifadələrlə özünün islama sadiqliyini bildirən hər bir kəs onun bütün şəri ehkamına əməl etməyə çalışmalı, ən azından cəhd göstərməlidir. Ehkami vacibatlardan biri qadın- qızların hicabıdır. Qurani Kərim Nur surəsinin 31, Əhzab surəsinin  59- cu ayələrində bu barədə məlumat verib. 
  " Hicab " dediyimiz nədir? Bu kəlmənin lüğəti- terminoloji mənaları haqqında uzun- uzadı söhbət açmaq fikrim yoxdur.Ucundan- qulağından bunu çoxları bilir. Bilir deyərkən, yəni xəbəri var.
  90- cı illərdən etibarən Azərbaycanda müsəlman xanımların geyim mədəniyyətində bəzilərinin "köhnəlik" dediyi, bəzilərinin isə " dinə qayıdış " adı ilə yeni dalğası başladı. O zamanlar " hicab" və "hicab geyim mədəniyyəti" bir çoxlarına qəribə görünürdüsə də, bu gün artıq buna hər kəs alışıb. Niyə də alışmasın. Qloballaşmağa doğru getdiyimiz bir zamanda, daha doğrusu artıq qloballaşdığımız bir vaxtda geyim mədəniyyətimiz niyə bu hərəkatdan geri qalmalıdır. Hər xalq bir- birini öyrətsə, ya da əksinə öyrənsə , bunun nəyi pisdir ki. Bu minvalla islami geyim tərzimiz qloballaşa- qloballaşa müxtəlif istiqamətlərdə öz axarını tapdı.
  İllər öncə televiziya kanallarımızın birində Braziliya teleserialının baş qəhrəmanı  olan Hade özünün "nümunəvi islami geyim tərzi" ilə Azərbaycana səs saldı. Əsl məqsədi islam dinini gözdən salmaq, təhrif etmək olan serialın yaradıcı heyəti öz məqsədinə azdan- çoxdan çatmışdı. İllərlə davam etdi Hadenin qalıqları. Nəsillər yaşlanıb dəyişdikcə Hade də unuduldu. Lakin izi- iyi qaldı. Bir az da böyüdü, dəyişdi. Dönüb bir baxıram hicabımıza. Bu günün hicablısı daha yeni konteksdən yanaşır öz geyim tərzinə. Nəzərə alsaq ki, Yer kürəmiz, dünyamız da modernləşir, yeni texnologiyalar zaman- zaman köhnəlir, daha yenisi meydana çıxır, burada təəccüblü bir şey görünməz. Xalq mahnılarımız da elə oranjeman olunub modernləşir. Hicab oranjeman olunsa nə olur ki. Nə oldu da.. Avropa geyim mədəniyyətini özündə əks etdirməyə çalışan islami geyim mədəniyyətimiz bu gün kontrabasdadır. 
  Bir müddət öncə Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adlar arasında Fatimə, Zəhra, Yusif, Mühəmməd, Əli, Hüseyn kimi adlar sadalandı. Amma bir gün yol gedərkən Fatimə- Anjella deyə arxadan nagahan bir səs eşitsəniz, heç təəccüblənməyin. Adlarımız, ismlərimiz də oranjeman olunmalıdır. Ənlikli- kirşanlı, dodağı boyalı hicablılarımızın  uyğunlaşmasıdır. Belə də olmalıdır.Hər barmağının dırnaqları ayrı- ayrı rənglə rənglənən, ya da hər bir dırnağının fərqli- fərqli rəngləri olan əllərdən tutan Fatimə yox, Fatimə- Anjella olmalıdır. Amma bir şeydən qorxuram. Qorxuram ki, İsrafil də dözə bilməyib əmrsiz, buyuruqsuz "внезапно" (vnezapno )  şeypurunu çala. Niyə də şeypur olmasın. Kontrabasın qabağında ancaq şeypur olar. Bir də ki, surla şeypurun nə fərqi. Əsas onun çalmağıdır. Amma bir gözləntimiz qala...
   Yaxşı ki, yaxşılar var...

3 yorum:

Unknown dedi ki...

He yadima gelik ki biz bu serialla baxanda ozumuzu Hadiye oxsatmaq isteyirdik iller kecdi ve bizde derk etdik ki Hadiyye yox mehz Hz, Fatime e,s benzemek daha gozeldir

Unknown dedi ki...

He yadima gelik ki biz bu serialla baxanda ozumuzu Hadiye oxsatmaq isteyirdik iller kecdi ve bizde derk etdik ki Hadiyye yox mehz Hz, Fatime e,s benzemek daha gozeldir

Adsız dedi ki...

Hicab qadinin gozelliyidi desem.Birden basqa vur dusunersiz.Menim fikrimce qadin hicabda suslenmemelidir.Çünkü bu hem qadina ve etrafda ona baxan erkekler ucun günah sayılır.Yeni qadin sade olmalı kendini celb etmemelidir..Hicaba temiz qelbnen yanasmaliyiq.Cunki bu hicab bizim Fatime anamızın simvolunu dasiyir..