Bu Blogda Ara

8 Mart 2020 Pazar

Bir 8 Mart diləyi


Şəxsiyyət vəsiqəmdən boylanan fotoşəklimə baxıram, Hicablı olduğum halda hicabsız çəkdirdiyim şəkilə. Niyə hicabsız? Çünki bu ölkənin qanunlarına görə kimliyin başı açıq çəkilmiş fotoşəklinlə təsdiq olunmalıdır. Bəli, bu mənəm. Öz ölkəmin vətəndaşı. Şəklim mənə baxır, mən isə bu baxışların geridə buraxdığı illərə. Mən o adamam ki, bir zaman 8 Mart ərəfəsində sevimli müəllimlərimə hədiyyə verər, ya da bunu təşkil edərdim. Xəsis və diqqətsiz parta yoldaşımın gizlicə çantama qoyacağı hədiyyə gözləntisi isə bir başqa aləm idi. Qardaşlarımın hədiyyə etdiyi dəftər, qələm, yapışqan və bu kimi məktəb ləvazimatları heç yadımdan çıxmır. Özümün isə əziz anama elə  onun özündən aldığım pulla və onun özünəcə   bağışladığım hədiyyə. Bir qədər yuxarı siniflərdə oxuduğum zaman Pribaltika şəhərləri və Almaniyanın Atlansberq şəhərində yaşayan, adını çoxdan unutduğum qızlarla dostluq məktublaşmalarında 8 Mart öncəsi dükandan açıqca alar və arxasına yazardım:" Doroqaya ....! Pozdravlyayu tebya s 8- ovo Marta. Jelayu tebe şastye ,blaqopoluçie ,zdorovye .." və sairə- sairə. Əvəzində də eyni bir təbrik açıqcası gözlərdim və alardım . Sonralar 8 Mart diləklərimiz həyata keçmədi.  Müharibə illərinin odu- alovu hamı kimi mənim də həyatımı bürüdü. O zamanlar gündə üç dəfə kiçik boşqabda yediyimiz noxud, anamın çay əvəzi dəmlədiyi , bizim də birtəhər içdiyimiz bağayarpağı dəmləməsi bir yana, AXC - nin maaş əvəzi atama verdiyi kompot balonu indi də gözümün önündədir . Lap əvvəllər yaşadığımız evin yaxınlığında olan , uşaq vaxtı gəzib dolaşdığım, xoş xatirələrimi yaşadan ərazidə indi dəcəl sinif yoldaşlarımın , yaxın- uzaq qohum- əqrabaların, tanış- bilişlərin portretərini yaşadan şəhid  qəbiristanlığı yerləşir  O zamanlar, hələ sahibi gəlməmiş, yan- yana qazılan  qəbirlər insanın qəlbinə bir vahimə salırdı. Biz bunu nə 8 Martda, nə də "Novıy qod"da  arzuladıq. Heç ağlımıza da gəlmədi. Amma bu oldu. O vaxtdan bir xeyli vaxt keçir. İndi nə " Novıy Qod", nə də 8 Mart arzularım, açıqcalarım  var . 
Şəxsiyyət vəsiqəmdəki fotoşəklimlə baş- başa qalaraq bütün bunları xatırladım. 
Bu gün, 8 mart günü Ana Vətənimin 8 Martı qeyd edən və etməyən , gözləyən və gözləməyən , imanlı və az inanclı xanımlarına bir 8 Mart diləyim var: 
" Əziz ana və bacılar, sevimli qadınlar! 
Ömrünüzün hər bir anı bərəkətlə dolsun. Həyatınızın şirin hədiyyə gözləntiləri Uca və Pak Rəbbimizdən olsun. Ömrünüz müharibənin qan- qadası , qorxu və vəhşətindən solmasın." 
Sevgi və riqqətlə : Kəmalə Zeynəbinur.
8 Mart, 2020


4 yorum:

Adsız dedi ki...

Allah sənin elminə bərəkət versin İnşəAllah Əmin Əmin yə Zəl Cəlali Vəl İkram.

Adsız dedi ki...

Cox gozel duygularla yazılmış sözlerin meni de kecmise Cox uzaqlara apardi.Heyatin bize verdiyi anlar Allah'ın bir imtihanı oldu hamimiza..O anlarda neler gördük ve neleri itirdik..Hamisi gizlin qelblerde qaldi.8mart qadinlar bayramı deyende qelblerde Cox xatireler yasayir..Eziz Kemale müellimem Allahdan sene uzun ömür can sağlığı arzu edirem..Aminn.

Xanimana dedi ki...

Canim ,həqiqətən qəlbi nur, özü Hafiz Hacıxanım. Sizin hər kəlmənin mənim də qəlbimi sevindirdi, çünki yazdiqlarin mənim həyat yollarımın nərdivanlarinda
o

Adsız dedi ki...

olub . Fərqimiz isə tək budur, mən 3 yaşındN Rəbbimə təslim olmuşam.R əbbim haqqımızda xeyirlisini ehsan etsin.Amin,Amin,Amin